Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.
Bakıvaxtı.az xəbər verir ki, Prezident təqaüdünə layiq görülən gənclərdən 10-u Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
Onlardan ikisi bacıdır. Belə ki, Sadıqova Həmidə Cəmşid qızı və Sadıqova Nəzrin Cəmşid qızı Prezident təqaüdünə layiq görülüb.
Ramid İbrahimov









jpg-1667380512.webp)





