• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğan AzMİU-nun məzununa diplom verdi

CƏMİYYƏT

02 Noyabr 2022 | 14:29 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan AzMİU-nun məzununa diplom verdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “ST və MKS" fakültəsinin məzunu Nuran Qənbərliyə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan diplom təqdim edib.

Universitetdən Bakıvaxtı.az-a verilən məlumata görə, belə ki, 2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026