• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Aysel Fərziyeva AQTA-dan ayrıldı

CƏMİYYƏT

02 Noyabr 2022 | 12:26

Aysel Fərziyeva AQTA-dan ayrıldı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. A.Fərziyeva bu barədə məlumatı saytımıza təsdiqləyib. 

2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb. 

Qeyd edək ki, Aysel Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da işlədiyi dövrlərdə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda “Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR