• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Badamdar yolu AÇILDI

CƏMİYYƏT

13 Dekabr 2021 | 12:12

Badamdar yolu AÇILDI

Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, ərazidə aparılan işlərdən sonra son vəziyyət nəzərə alınaraq bağlanmış yollar açılıb və bu istiqamətlərdə avtomobillərin hərəkəti bərpa olunub.

Qeyd olunub ki, buna baxmayaraq həmin istiqamətlərdə ağır yük maşınlarının və əvvəllər həmin istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının hərəkəti hələ ki, təmin olunmayıb. Burada əsas məqsəd ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. Aparılan işlər tam yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026