“Bizim bu görüşlərin məqsədi birlikdə qərarlar verməyimizdir, birlik göstərməyimizdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü zamanı bildirib. O deyib ki, Şuşa İslam şəhərlərindən biridir:
“Dünyada qarışıqlıq proseslər baş verən halda bizim birliyimiz və bu istiqamətdə davam etməyimiz xüsusi olaraq əhəmiyyətlidir. Bu gün Zəngilanda hava limanını açılışının da tarixi əhəmiyyəti var. Bu həm də türk dövlətlərinin bir-birinə yaxıınlaşmasına səbəb olacaq. Bu gün eyni zamanda Türk dövlətlərinin dini liderlərinin toplantısındayıq. Bu da türk dünyası üçün böyük hadisədi. Artıq türk dünyası bir-birinə daha da yaxınlaşmaqdadır”.






jpg-1668837921.webp)









