• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bahalaşma, kredit faizləri... - UÇOT DƏRƏCƏSİ ARTDI 

Gündəm

01 Fevral 2023 | 17:36

Bahalaşma, kredit faizləri... - UÇOT DƏRƏCƏSİ ARTDI 

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsinin artırılması ilə bağlı qərar verib.

“Dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyatda inflyasiya təzyiqinin artmasıdır. İnfyasiyanın yüksəlməsi tendensiyasının qarşısını almaq üçün Mərkəzi Bank bu qərarı veribdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimov bildirib.

O qeyd edib ki, bu, infyasiyanı tənzimləmək üçün istehlak kreditinin azalması istiqamətində atılmış qərardır.

“Mərkəzi Bankın bu qərarından sonra biznes kreditlərində deyil, istehlak kreditlərində müəyyən faiz artımları gözlənilir. Hesab edirəm ki, kredit faizləri kəskin şəkildə artmayacaq, cüzi dəyişiklik ola bilər”, - deyə C.İbrahimov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi (AMB) Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024