• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakı məktəblərində epidemioloji vəziyyət necədir? - AÇIQLAMA

CƏMİYYƏT

25 Noyabr 2021 | 16:21 | Müəllif: Subhan Mahmudov

Bakı məktəblərində epidemioloji vəziyyət necədir? - AÇIQLAMA

Koronavirusla bağlı məsələ lokal şəkildə həll olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, problem olan məktəblər və ya siniflər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə bağlanır. Məktəb və ya siniflər 14 gündən sonra, katantin rejimi bitəndə yenidən əyani tədrisə qaytarılır. Bu problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib.

M.Vəliyeva bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib.

"Bu, proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Mütəmadi olaraq harada problemlər varsa, diqqət o problemlərin həllinə yönəldilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər aparılır" deyə, o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026