• Bakı 26° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Bakı-Sumqayıt yolu niyə çöküb?

CƏMİYYƏT

27 Iyul 2024 | 09:42

Bakı-Sumqayıt yolu niyə çöküb?

"Çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir".

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq verib.

O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir.

"Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib.

Bildiririk ki, 27 iyul 2024-cü il tarixdən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024