• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şeyxülislam üçün ÖZƏL GÜN

CƏMİYYƏT

26 Avqust 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Şeyxülislam üçün ÖZƏL GÜN

Bu gün Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür

Bakıvaxtı.az xatırladır ki, bu gün Şeyxülislam Allahşükür Paşazadəinin 75 illik yubileyidir.

ŞeyxülislamAllahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub.

Allahşükür Paşazadə orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil alıb. O, 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində oxuyub. 1975-ci ildə isə Daşkənd İslam İnstitutunu bitirəndən sonra tam ali dini təhsilə yiyələnib.

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışıb, 1978-ci ildə qurumun sədr müavini seçilib. Həmin il Paşazadə Təzəpir məscidinin axundu təyin edilib. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri, sayca 12-ci şeyxülislam təyin olunub.

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilən Şeyxülislam Allahşükür Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1991-ci ilə qədər isə SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü olub.

Allahşükür Paşazadənin təşəbbüsü ilə 1989-cu ildə Bakı İslam mədrəsəsi təsis ediib.  Mədrəsə 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlayıb. 

Allahşükür Paşazadə 2003-cü ildə Qafqaz müsəlmanlarının XI Qurultayında ömürlük sədr-şeyxülislam seçiib. O, 2009-cu ilin iyulunda YUNESKO yanında yaradılan din xadimlərinin Məşvərət Qrupunun üzvü seçilib. 

Şeyxülislam Allahşükür Paşazadə “Xalqlar dostluğu”, Misirin I dərəcəli “Əl elm və əməl”, Çeçen Respublikasının “Millət Qəhrəmanı”, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” və I dərəcəli “Sergi Rodonnejski”, Gürcüstan Respublikasının “Şərəf”, Vatikan dövlətinin “Müqəddəs Greqori”, Rusiya Federasiyasının “Dostluq”, İordaniya krallığının I dərəcəli “Kral Hüseyn” ordenləri ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026