• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

Bakıda 20 yaşlı qız itkin düşdü

CƏMİYYƏT

18 Sentyabr 2023 | 17:31

Bakıda 20 yaşlı qız itkin düşdü

Bakıda 20 yaşlı gənc qız itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayanş, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı sentyabrın yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: - boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözleri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR

24 Sentyabr 2023