• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda 4 avtomobil zəncirvari qəzaya uğrayıb

HADİSƏ

07 Dekabr 2021 | 00:40 | Müəllif: Subhan Mahmudov

Bakıda 4 avtomobil zəncirvari qəzaya uğrayıb

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

"Opel" markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan "BMW", "Hyundai" və "Mercedes" markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb.

Qəza nəticəsində "Hyundai"da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026