• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda 77 mehmanxana qonaqları ALDADIRMIŞ

CƏMİYYƏT

14 Oktyabr 2024 | 15:03

Bakıda 77 mehmanxana qonaqları ALDADIRMIŞ

Azərbaycan Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, mehmanxanalar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

“Bakı Şəhəri Reklam İdarəsinin apardığı tədbirlər nəticəsində həmin obyektlərin reklamları demontaj olunaraq nöqsanlar aradan qaldırılıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, "Turizm haqqında" Qanunda qeyd edilən tələblərə cavab verməyən 77 yerləşmə vasitəsi də "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozub. Həmin yerləşmə yerlərinin artıq 61-nin açıq məkandakı reklamlarının yayımı dayandırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, “Reklam haqqında” Qanunda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır”, - qurumdan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026