Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd plastikdən ibarət pəncərə çərcivəsi yanıb, yüksək temperaturdan ev əşyaları qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





jpg-1683288966.webp)

jpg-1683285147.webp)





jpg-1683263384.webp)


