Bakıda fəaliyyət göstərən dönərxalardan biri bu gün alıcılara dönərləri pulsuz verib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tanrıverdiyev sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Babək prospektində Daxili Qoşunlarla üzbəüz fəaliyyət göstərən dönərxanadan bu gün 2 dönər sifariş verib: "Hazır olanda pulu qəbul etmədilər ki, Hacıya ehsan veririk".
"Ölüsü ilə ac qarınları doyduran Hacı, ruhun şad olsun...", - deyə paylaşımda qeyd olunur.
Murad Məmmədli
















