• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

CƏMİYYƏT

02 Aprel 2023 | 11:45 | Müəllif: Subhan Mahmudov

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın istiqamətinə maneəsiz keçid edib.

BQXK-ya məxsus avtomobil karvanı 1 yük, 8 minik avtomobilindən ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər də olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR