• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İdman məktəbləri nəzarətə götürülməlidir

CƏMİYYƏT

02 May 2023 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

İdman məktəbləri nəzarətə götürülməlidir

“Sumqayıt idman məktəbində məşqiçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən plenar iclasda deputat Kamal Cəfərov Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir:

"İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Tələbələr idman zalında baş verən hadisəyə görə, polisə məlumat verməyə çağırıram”.

Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi, 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026