“Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən plenar iclasda deputat Elşad Mirbəşiroğlu bildirib.
Deputat qeyd edib ki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri mina terroruna görə, Ermənistanın adını çəkmirlər: “Son zamanlarda 3 min 300 nəfərdən artıq vətəndaşımız mina terrorunun qurbanı olub. Təkcə son bir həfətdə 4 nəfər vətəndaşımız mina terror nəticəsində həyatını itirib".
"Diplomatik korpusları Ermənistanın mina terroruna diqqət yetirməyə çağırırıq”, - deyə Elşad Mirbəşiroğlu əlavə edib.
Ramid İbrahimov
















