Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb.
Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.(apa)
















