• Bakı 16° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Bakıda nə qədər adam yaşayır? - ŞOK RƏQƏMLƏR

SİYASƏT

20 May 2026 | 00:20

Bakıda nə qədər adam yaşayır? - ŞOK RƏQƏMLƏR

Bakı dinamik inkişaf edən şəhərdir, son statistikaya görə, Bakı aqlomerasiyasının əhalisi 3 milyonu ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada deyib.

O xatırladıb ki, iki il əvvəl Bakının yeni Baş Planı təsdiqlənib:

"Həmin sənədə əsasən, paytaxtın inkişafı çoxmərkəzli, çoxfunksiyalı və komfortlu şəhər modeli əsasında həyata keçirilir. Hazırda Baş Plana uyğun olaraq şəhərdə geniş abadlıq-quruculuq işləri aparılır.

Paytaxtda 300-dən çox park fəaliyyət göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 100 yeni park salınıb, 88 park əsaslı təmir olunub. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 200-ə yaxın məhəllədaxili park yaradılıb".


SON XƏBƏRLƏR

19 May 2026