• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda prospektin bir hissəsində təmir yekunlaşdı

CƏMİYYƏT

19 Sentyabr 2022 | 15:58

Bakıda prospektin bir hissəsində təmir yekunlaşdı

Bakının Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasındakı hissəsində təmir yekunlaşıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu təqribən 440 metr, sahəsi isə 8000 kv.m-ə yaxındır.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında və həftəsonları icra olunub.

Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR