• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

QMİ sədrindən  Ermənistana ÇAĞIRIŞ: Nə qədər gec deyil...

CƏMİYYƏT

19 Oktyabr 2022 | 15:33 | Müəllif: Qalib İbrahimoğlu

QMİ sədrindən Ermənistana ÇAĞIRIŞ: Nə qədər gec deyil...

​​​​​​​"Ermənistan konstruktiv mövqe nümayiş etdirmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, işğaldan azad olunmuş dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir.

Onun sözlərinə görə, Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər.

"Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır. Mən bu tribunadan erməni Kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram".

​​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026