• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu tarixədək qəbul imtahanının cədvəli açıqlanacaq

CƏMİYYƏT

18 Noyabr 2022 | 13:07

Bu tarixədək qəbul imtahanının cədvəli açıqlanacaq

Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır.

“Hazırda bunun üzərində iş gedir. İlin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik”, – deyə M.Abbaszadə əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026