• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu şəxslər dövlət qurumlarının rəhbərlərini aldadır? - AÇIQLAMA

CƏMİYYƏT

18 Noyabr 2022 | 14:39

Bu şəxslər dövlət qurumlarının rəhbərlərini aldadır? - AÇIQLAMA

"Araşdırmalar göstərir ki, bizim bəzi dövlət qurumlarında qəribə tendensiyalar yaranıb. Bu tendensiya həm də daha çox özəl sektordan dövlət qurumuna transfer olan bəzi İT mütəxəssislərimizlə bağlı olur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, İT mütəxəssisləri onlar qurum rəhbərini inandırmağa çalışır ki, qurumun datalarını saxlamaq və emal etmək üçün iki data mərkəzi olmalıdır: "Onlardan biri dövlət qurumunun özündə, digəri isə Hökumət Buludunda:

Bu yanaşma ilə yekunda bir dövlət qurumunun az qala 4 data mərkəzi yaranmış olur :

- dövlət qurumunun özündə olan əsas və ehtiyat data mərkəzləri

- dövlət qurumunun AzİnTelecomda, G-cloudun əsas (Bakı ş) və ehtiyat (Yevlax ş) mərkəzlərində yerləşən data mərkəzlər

Prezidentin fərmanlarında isə bu məsələlərə optimallaşma və səmərəlilik baxımından yanaşma tətbiq olunaraq ölkə üzrə vahid bir Hökumət Buludu infratrukturu , G-Cloud yaradılması nəzərdə tutulurdu".

O.Gündüz qeyd edib ki, hələlik dövlətə məxsus datalarının saxlanılması və emalı sektorunda tam əksi baş verir, nəinki xərclər optimallaşır, əksinə daha da artır: "İkinci tendensiya ondan ibarətdir ki, dövlət qurumlarına transfer olan bəzi "aytişniklərimiz" İKT-nin spesifikliyini nəzərə alaraq bu sahə üzrə satınalmaların birbaşa reallaşdırılmasının vacibliyinə qurum rəhbərini inandıra bilirlər. Yəni, əgər dövlət qurumunda digər sahələrdə tenderlər keçirilirsə, qəribədir ki, bir çoxlarında İKT sahəsində alqı-satqı prosesləri tendersiz reallaşır. Təbii ki, bu həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hələlik öz gücünü və prinsipiallığını yetətincə göstərə bilməməsi ilə bağlıdır. Dövlət Xidmətimiz hələ də təbii və süni inhisarçıların, dövlət satınalmalarını reallaşdıranların çəkindiyi və ehtiyat etdiyi, "dişli" bir tənzimləyici quruma çevrilə bilməyib". 

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026