Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış jurnalist, “Bakıvaxtı.az” saytının köşə yazarı Etibar Cəbrayiloğlu ilə Mədəniyyət Komitəsində görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Komitə sədrinin yubilyara təqdim etdiyi Təbrik məktubunda deyilir:
“Hörmətli Etibar müəllim,
Sizi – tanınmış jurnalistimizi 55 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1991-95-ci illərdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil almışız.
Uzun illərdir mətbuatda səmərəli xidmət göstərirsiz. Mətbu fəaliyyətiniz, özəlliklə köşə yazılarınız sizə çoxsaylı oxucular və yazar şöhrəti qazandırmışdır.
Siz 1991-ci ildən müxtəlif qəzet və jurnallarda, saytlarda müxbir, şöbə redaktoru, Mədəniyyət şöbəsinin müdiri, İnformasiya şöbəsinin müdiri, redaktor müavini, baş redaktor müavini, baş redaktorun birinci müavini, baş redaktor vəzifələrində çalışmısız.
Hazırda “Bakıvaxtı.az” saytının köşə yazarısız.
Siz 2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının Mübadilə Proqramı çərçivəsində ABŞ-da təcrübə keçmisiz.
Jurnalist təşkilatlarının mükafatları, o cümlədən Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatı (2012) ilə təltif olunmusuz.
Sizi bütün uğurlarınız və əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
















