• Bakı 9° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

TRT nümayəndə heyəti Azərbaycanda səfərdədir

CƏMİYYƏT

17 Yanvar 2023 | 12:50

TRT nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanda radio yayımlarının mövcud vəziyyətinin araşdırılması və gələcək inkişafına dair təkliflərin hazırlanması məqsədilə Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdədir.

Bakıvaxtı.az  xəbər verir ki, TRT təmsilçiləri yanvarın 19-dək paytaxt Bakı və bölgələrdə yerləşən Radio-Televiziya Yayım stansiyalarına texniki baxış keçirəcək və radiomonitorinq aparacaqlar.

Aparılan işlərin nəticəsinə dair yekun hesabatın hazırlanması nəzərdə tutulur. Nümayəndə heyəti ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələrini verəcək.
 


TRT nümayəndə heyəti Azərbaycanda səfərdədirTRT nümayəndə heyəti Azərbaycanda səfərdədir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026