• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

16 Fevral 2023 | 12:16

Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

Bakıvaxtı.az  xəbər verir ki, mərhumun cənazəsi ötən axşam Vətənə gətirilib. Bu gün vida mərasimindən sonra isə dəfn edilib.

 

11:21

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.  /Qafqazinfo


Gündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİBGündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİBGündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİBGündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİBGündüz Nəzərzadə dəfn edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026