Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib.
Oktyabrın 28-dək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.





jpg-1668768318.webp)









