• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda restoranda yanğın oldu

HADİSƏ

01 Dekabr 2021 | 15:23

Bakıda restoranda yanğın oldu

Bakıda restoranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Bəydəmirli kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026