• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

CƏMİYYƏT

31 Dekabr 2023 | 17:57 | Müəllif: Subhan Mahmudov

Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə  Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***16:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, faktla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğın söndürülüb. Soyutma işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026