• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şərti düşmən hədəfləri məhv edildi - FOTOLAR

CƏMİYYƏT

30 Yanvar 2024 | 15:22

Şərti düşmən hədəfləri məhv edildi - FOTOLAR

Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər.

Bakıvaxtı.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər. 

Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib. 

Havanın əlverişsiz olmasına baxmayaraq Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlılarının yüksək peşəkarlıq nümayiş etdirdiyi məşğələlər davam edir.


Şərti düşmən hədəfləri məhv edildi - FOTOLARŞərti düşmən hədəfləri məhv edildi - FOTOLARŞərti düşmən hədəfləri məhv edildi - FOTOLARŞərti düşmən hədəfləri məhv edildi - FOTOLARŞərti düşmən hədəfləri məhv edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026