“Honda” virtual reallıqda hərəkət etmək üçün Uni-One kreslosunu nümayiş etdirib.
Bakıvaxt.az xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, kreslo istifadəçinin bədəninin əyilməsinə cavab verən və hərəkət istiqamətini təyin edən özünü balanslaşdıran texnologiya və sensorlarla təchiz edilib.
Bundan əlavə, qurğu oturacağı 70 sm qaldırmaq funksiyasına malikdir.
Honda Uni-One əvvəllər hazırlanmış Honda Uni-Cub modelinə əsaslanır. Onun çəkisi 69 kq, yükgötürmə qabiliyyəti 109 kq-a qədər, maksimal sürəti 5,9 km/saat, məsafəsi 8 km-ə qədərdir.
Belə bir cihaz virtual məkanda xüsusilə faydalı olacaq, çünki oyunçu VR-də hərəkət edərkən, o, real həyatda dayanır. Honda Uni-One avtomobilləri VR məkanında istifadə edərkən yaranan problemləri həll edə bilər.
Honda Uni-One cihazının xüsusiyyətləri və qiyməti haqqında ətraflı məlumat martın 8-dən 16-dək keçiriləcək SXSW konfransında təqdim olunacaq.
Mina Mikayılova
















