“Bütün ölkələrdə məktəblərdə hadisələr baş verir. Bizdə də baş verir, gələcəkdə baş verməməsindən sığortalanmamışıq. 1.5 milyon uşağın oxuduğu məktəbdə hadisə baş verməsi normaldır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin bugünkü brifinqində nazir Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hadisə müxtəlif səbəblərdən qaynaqlana bilər:
“Bizdə hadisə baş verdikdə şagird qalır bir qıraqda, digər məsələlər müzakirə olunur”.
Onun sözlərinə görə, hadisənin cinayət xüsusiyyəti varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Bu hadisəyə qiymət verən qurum nə biz, nə müəllim, nə blogerlər, nə də jurnalistlərdir. Məhkəmə qərarı olmadan kiminsə kimisə mühakimə etmək hüququ yoxdur”.
Aytac Aslan
















