• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakıda taksi qiymətləri bahalaşdı

CƏMİYYƏT

28 Aprel 2023 | 11:17

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb.

Bakıvaxtı.az xəbər verir ki, qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də  təsdiqləyib.

Onların sözlərinə görə, gediş haqqı 30%-ə qədər bahalaşıb.

"Sürücülər bildiriblər ki, hazırki bahalaşma "Formula 1" Qran-prisi ilə bağlıdır. Belə ki, yarışla əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Bu səbəbdən də taksi xidmətlərindən istifadə artıb. İkinci səbəb kimi isə yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artmasdır. Bu hal müvəqqətidir. Yarışlar bitdikdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə qeyd edilib.

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən isə bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026