Bakıda taksi sürücüsü müştərisi olan qadını israrla çay içməyə dəvət edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə qadının özü sosial şəbəkələrdə video paylaşıb.
Taksidə qısnamaya məruz qalan qadın sürücünün təklifini dəfələrlə rədd edib.
Qeyd edək ki, polis tərəfindən taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən araşdırmanın nəticəsi barədə mətbuata açıqlama veriləcəyi bildirilib.
Ramid İbrahimov
















