• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda yaşayış evində partlayış olub

HADİSƏ

01 Dekabr 2021 | 22:08 | Müəllif: Subhan Mahmudov

Bakıda yaşayış evində partlayış olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026