Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində 1 ha sahədə mazut qalıqları, quru ot və qamışlıq yanıb.
Bakıvaxtı.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















