Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki nəzarət-buraxılış məntəqəsinə bomba hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyinin antiterror idarəsi məlumat yayıb.
Onun sözlərinə görə, naməlum şəxs motosikletlə nəzarət-buraxılış məntəqəsində polis maşınını vurub. Zərbə nəticəsində avtomobilə quraşdırılmış bomba partlayıb.
Hadisə yerində xilasedicilər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları və minalardan təmizləmə mühəndisi işləyir.
















