Bakıda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.


jpg-1695452306jpg-1695702311.jpg)












