• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu

HADİSƏ

30 Noyabr 2022 | 22:25 | Müəllif: Subhan Mahmudov

Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. “KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib.

Nəticədə iki “Mercedes”, “Chevrolet” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib.

Baş vermiş qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026