• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu

CƏMİYYƏT

28 Fevral 2024 | 12:35

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

Bu barədə Bakıvaxtı.az-a AZAL-dan bildirilib.

...

11:31

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR