• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda “Lada” avtomobilləri yığılacaq

CƏMİYYƏT

29 Mart 2024 | 12:33

Azərbaycanda “Lada” avtomobilləri yığılacaq

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər üçün Rusiyanın Tolyatti şəhərindən olan mütəxəssislər təlim keçiblər.

Qeyd edilib ki, Azərbaycanda yerli istehsalın açılması “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin mövcudluğunu artırmağa kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026