• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yaz xəstəliklərlə gəldi: Necə qorunaq?

CƏMİYYƏT

29 Mart 2024 | 10:59

Yaz xəstəliklərlə gəldi: Necə qorunaq?

Yaz gəlişi ilə xəstəliklər də gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu fəsildə daha çox allergik xəstəliklər baş qaldırır.

Bahar fəslində insanların qarşılaşdıqları sağlamlıq problemlərindən Bakıvaxtı.az-a danışan terapevt Nərminə Abbasova bildirib ki, qış ərzində, soyuq aylarda virus infeksion xəstəliklərin inkişafının artmasına görə immunitetin aşağı düşməsi ilə bağlı allergik xəstəliklərin kəskinləşməsi başlayır. Onun sözlərinə görə, bu, həm ağaclarda çiçəklənmə, tozlanmalarla, otların bitməsi ilə bağlı olur. Amma ən əsası immun sisteminin düşməsi və iltihabi xəstəliklərin qalıq əlaməti olaraq allergik xəstəliklərin üzə çıxması ön sırada olan xəstəliklərdən biridir.

N.Abbasova deyib ki, bu fəslidə mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan, revmatik xəstəlikləri olan xəstələrdə kəskinləşmələr, qan-damar sistemi xəstəlikləri, damar tıxanıqlığı, ürək-qan-damar sisteminin xəstəlikləri, arteriyal təzyiqin yüksəlməsi, insultun üzə çıxması ilə tez-tez qarşılaşılır.

Nərminə Abbasova: Bir nəfərin xəstələnməsi ətrafında olan sağlam insanları yoluxdurmasının ən asan yoludur

Terapevtin sözlərinə görə, revmatik xəstəliklərin kəskinləşməsi olur ki, bu da ən çox oynaq ağrıları zamanı səhlənkarlıq edib həkimə müraciət etməyən insanlarda baş qaldırır:

“Əsas tövsiyyəm odur ki, xroniki xəstəliyi olan insanlar xəstəliyin kəskinləşdiyi halda mütləq həkimə müraciət etsinlər. Çünki çox ağır təkrari fəsadlarla iz qoyacaq, xəstəliyin daha da ağırlaşmasına səbəb olacaq. Kəskin halda müraciət etmədikdə təkrarlanmış və ağırlaşmış xəstəliklərin formalaşmasının özülünü qoymuş olurlar”.

Müsahibimiz allergik xəstəliklərin də çox müşahidə olunduğunu deyərək, kəskinləşmiş formada hal-hazırda rast gəlinən xəstəliklərdən bronxitlər, pnevmoniyalar, qarmaritlər, frontit, baş ağrıları ilə müraciət edən xəstələrin artdığını qeyd edib:

“Demək olar ki, həmin xəstələrdə təkrar infeksiyanın, virusun inkişafına yol açır. Təkrar yoluxmaların sayı artır. Yəni bir insanın sağlamlığı onun ətrafının da sağlamlığını qoruyur. Amma bir insanın xəstələnməsi ətrafında olan sağlam insanları yoluxdurmasının ən asan yoludur”.

Həmsöhbətimiz sonda insanların yaz gələn kimi nazik geyimə keçdiyini və buna görə də iltihabi xəstəliklərin kəskinləşdiyini diqqətə çatdırıb:

“Hələ də Azərbaycanda soyuq hava iqlimi davam edir. Soyuqdəymə halları isə xroniki xəstəliklərin daha da kəskinləşməsinə gətirib çıxarır. Geyim dəyişikliyinə nisbətən tədricən keçmək lazımdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024