• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTOLAR

CƏMİYYƏT

29 Mart 2024 | 10:59

“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTOLAR

Doğma çay markası “Azerçay”ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. 

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib.

Hər kəsin böyük maraqla qatıldığı tədbirdə yarışların qaliblərinə hədiyyələr təqdim olunub.

Bununla yanaşı Novruz simvollarını özündə əks etdirən, milli adət-ənənələri xatırladan guşələr də fəaliyyət göstərib.

Guşələrə yaxınlaşan vətəndaşlar maraqlı xatirə fotoları çəkdiriblər.

Yaradılmış guşələr qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın çay adət-ənənələrini yaşadan, doğma çay markası olan “Azerçay”, bir çox sosial layihələrin təşkilatçısı və dəstəkçisidir.

Dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq,  “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.


SON XƏBƏRLƏR

26 Aprel 2024