• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakının bu yollarında tıxac var - SİYAHI

CƏMİYYƏT

14 Sentyabr 2023 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Bakının bu yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. "20 Yanvar" dairəsində;

3. Alı Mustafayev küçəsi, 3 mikrorayon dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;

9. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026