• Bakı 17° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

“Baku Electronics”də qanun pozuntuları aşkarlanıb

İQTİSADİYYAT

25 Iyun 2025 | 14:57

“Baku Electronics”də qanun pozuntuları aşkarlanıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, araşdırma “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar aparılıb.

Nəticədə rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025