Müğənni Rita Dakota Fedor və qızı Mii ilə Baliyə istirahətə yollanıb.
Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, istirahəti gözəl gedən ifaçı virusa yoluxub. O bildirib ki, gözündə konyunktiviti də olub.
"İsti məni birtəhər etdi. Hər yarımsaatdan bir yuxudan oyanıram", - deyə Rita əlavə edib.
Onunla yanaşı qızına baxan dayə də virusa yoluxub.
İstirahəti burnundan gələn müğənni dostundan və övladından ayrı qalmalı olub.
















