• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

Banklarda əmanətlər azalıb

CƏMİYYƏT

28 Noyabr 2023 | 14:07

Banklarda əmanətlər azalıb

"Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar"

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb: "Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də belə də nəzərə alınmalıdıır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir".

Onun sözlərinə görə, banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi: "Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir".

Millət vəkili "Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar", - deyə vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

21 Fevral 2024