• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Emin Əmrullayev rektorlarla görüşdü - FOTOLAR

CƏMİYYƏT

28 Dekabr 2023 | 11:55

Emin Əmrullayev rektorlarla görüşdü - FOTOLAR

Ötən gün Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüş zamanı 2023-cü ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub.

Ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub. Emin Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib. 

Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.

 


Emin Əmrullayev rektorlarla görüşdü - FOTOLAREmin Əmrullayev rektorlarla görüşdü - FOTOLAREmin Əmrullayev rektorlarla görüşdü - FOTOLAREmin Əmrullayev rektorlarla görüşdü - FOTOLAREmin Əmrullayev rektorlarla görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026