Milli Məclis Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, müzakirələrdən sonra deputatların böyük əksəriyyəti sənədin lehinə səs veriblər.
***
11:02
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Toplantıda hökumət üzvləri də iştirak edirlər.
Nuranə Daxilqızı
















