• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Baş Prokuror Azərbaycan xanımlarını təbrik edib

GÜNDƏM

08 Mart 2021 | 12:27

Baş Prokuror Azərbaycan xanımlarını təbrik edib

Azərbaycan Baş Prokuroru Kamran Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Hər gün, hər an işdə və evdə zərif, diqqətli və qayğıkeşsiniz. Həyatlarını prokurorluqda xidmətlə əlaqələndirən qadınlara ayrıca minnətdarlıq bildirmək istəyirəm.

Qarşınızda duran vəzifələrin öhdəsindən vicdanla və fədakarlıqla gəlməyiniz Sizin böyük potensiala və əzmə malik olmağınızın göstəricisidir. Bizim uğurlarımızın arxasında çox vaxt sizin müdrikliyiniz, səbriniz və dəstəyiniz dayanır.

Prokurorluğun veteran xanımlarına da uzun illər qanunlara qüsursuz xidmət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, sevgi, xoşbəxtlik, ailə rifahı və peşə uğurları diləyirəm.

Bayramınız mübarək!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026